Putin Paşinyanla görüşə razıdır? - Peskovdan AÇIQLAMA
Kreml Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb-görüşməyəcəyi məsələsinə aydınlıq gətirib.
SAVASHMEDİA.az bildirir ki, V.Putinin sözcüçü Dmitri Peskov bu barədə qərarın seçkilərin nəticələrinin rəsmi elanından sonra veriləcəyini deyib:
"Seçki nəticələrindən asılı olaraq, qərarları ikitərəfli səviyyədə verəcəyik".
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. İyunun 8-də Ermənistan Mərkəzi Seçki Komissiyası Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının qalib gəldiyini açıqlayıb.
Banu