"Macəra axtarmasınlar, cavabımız sərt olacaq" - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan və Cənubi Kipr administrasiyasını gərginliyi artırmamağa çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Ərdoğan bu barədə partiyasının parlament qrupunun iclasında çıxış edib.
O, Yunanıstan və Cənubi Kiprin bölgədə İsraillə birlikdə Türkiyə və Kipr türklərinin maraqlarının əleyhinə fəaliyyət göstərdiyini bildirib və bu addımları “təxribat” adlandırıb.
Türkiyə lideri Aralıq dənizi və Kipr ətrafında gərginliyi artırmaq cəhdlərinin Ankara tərəfindən yaxından izlənildiyini və “macəra axtaranların” məğlub olacaqlarını deyib.
“Türkiyənin və Kipr türklərinin Şərqi Aralıq dənizindəki hüquqları və qanuni maraqları təhdid edilərsə, cavabımız qəti və sərt olacaq”, – Ərdoğan bildirib.
Səlcuq