Polad Bülbüloğlu 3-cü dəfə evlənməsi xəbərindən DANIŞDI

Xalq artisti, diplomat və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlu haqqında yayılan evlilik xəbərlərinə aydınlıq gətirib.

Aug 26, 2026 - 13:55
Polad Bülbüloğlu 3-cü dəfə evlənməsi xəbərindən DANIŞDI

SAVASHMEDIA.az xəbər verir ki, jurnalist Yaşar İsakov sosial şəbəkə hesabında Polad Bülbüloğlu ilə telefonla danışdığını bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyədə olan Polad Bülbüloğlu yayılan xəbərləri gülüşlə qarşılayıb və Gülnarə Şıxəliyevadan boşanmadığını, həmçinin üçüncü dəfə evlənmədiyini bildirib.

Sənətçi bu xəbərləri yayanlara isə ironik şəkildə uzun və sağlam ömür arzulayıb. O, eyni zamanda həmin şəxslərə 81 yaşında evlənməyi arzuladığını deyib.

Qeyd edək ki, son günlər mediada Polad Bülbüloğlunun Gülnarə Şıxəliyevadan boşandığı və 81 yaşında üçüncü dəfə ailə qurduğu barədə məlumatlar yayılmışdı. 

Oğuz