Kabaxidze Moldovanın avropayönlü qüvvələrini niyə təbrik etmədi? - "MDB üzvüdürlər"

Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” partiyası Moldovada parlament seçkilərində qalib gələn avropayönlü “Fəaliyyət və Həmrəylik” partiyasını təbrik etməməyə üstünlük verib. 

Sep 30, 2025 - 13:31
Kabaxidze Moldovanın avropayönlü qüvvələrini niyə təbrik etmədi? - "MDB üzvüdürlər"

SAVASHMEDİA.az bu barədə “Exo Kavkaza” nəşrinə istinadən xəbər verir. 

“Gürcüstan hakimiyyətinin niyə hələ də seçki qaliblərini təbrik etmədiyi” sualına cavabında “Gürcü arzusu”nun lideri və ölkənin baş naziri İrakli Kobaxidze bildirib ki, “nə qədər ki, Moldova MDB-nin üzvü olaraq qalır, onu təbrik etmək bizim üçün çətindir”. 

“Moldova MDB-dən çıxana qədər gözləyək və sonra təbrik məsələsinə yenidən baxa bilərik”, - deyə Kobaxidze əlavə edib.

Moldovada parlament seçkiləri sentyabrın 28-də baş tutub. Avropayönlü “Fəaliyyət və Həmrəylik” Partiyası səs çoxluğu qazanıb. 

Xatirə SADİQ