"Mən bu məsələni həll etməliyəm, Putin sazişi imzalamasa..." - Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini Ağ Evə dəvət edib-etməyəcəyindən danışıb.

Mar 18, 2025 - 02:03
"Mən bu məsələni həll etməliyəm, Putin sazişi imzalamasa..." - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, o, Vaşinqtondakı Kennedi Mərkəzində jurnalistlərlə görüşü zamanı bildirib ki, Rusiya prezidentinin Ağ Evə dəvəti yalnız Ukrayna böhranı ilə bağlı saziş imzalandıqdan sonra baş tuta bilər. 

Tramp bunun baş verməyəcəyi təqdirdə məsələni müzakirə etməyəcəyini bildirib.
 
“Mən razılaşma əldə etməliyəm. Mən bu müqaviləni imzalamalıyam" - Tramp deyib.

Oğuz