“Sabah”ın ÇL-də rəqibləri kim olacaq? - Səbətdəki NƏHƏNG klublar
“Sabah” Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsində çıxış edəcək. İndi isə əsas sual Bakı klubunun qarşısına hansı komandaların çıxacağıdır.
SAVASHMEDIA.az xəbər verir ki, 2026/27 mövsümünün Çempionlar Liqası püşkatması avqustun 27-də keçiriləcək.
“Sabah” 4-cü səbətdə yer alacaq. Liqa mərhələsində hər komanda 8 fərqli rəqiblə qarşılaşacaq və hər səbətdən 2 komanda ilə oynayacaq.
“Sabah” hansı nəhənglərlə qarşılaşa bilər?
Ən böyük maraq 1-ci səbətədir. Burada:
PSJ
Real Madrid
Bayern Münhen
Barselona
Mançester Siti
Liverpul
İnter
Arsenal
Atletiko Madrid
kimi Avropanın nəhəngləri yer alır.
2-ci səbətdə isə Dortmund, Roma, Sporting, Aston Villa, Porto, Mançester Yunayted, PSV və digər güclü komandalar var.
3-cü səbətdə Napoli, RB Leypsiq, Villarreal, Feyenoord, Lille, “Qalatasaray” və “Şaxtyor” kimi klublar yer alır.
4-cü səbətdə isə “Sabah”la yanaşı Slaviya Praqa, Ştutqart, LASK, Komo və Lans kimi komandalar olacaq.
Beləliklə, “Sabah”ın qarşısına hər 4 səbətdən iki olmaqla ümumilikdə 8 rəqib çıxacaq.
Püşkatmadan sonra Azərbaycan çempionunun Çempionlar Liqasındakı bütün rəqibləri və oyun təqvimi dəqiqləşəcək. Liqa mərhələsi isə sentyabrın 8-də başlayacaq.
Səlcuq