Keçmiş xanımı Polad haqqında kimə, hansı mesajları yazıb? - "Xəbər doğrudur, evləniblər" 

Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması ilə bağlı yayılan məlumatlar sənətçinin təkzibindən sonra da müzakirə olunur.

Aug 26, 2026 - 15:13
Aug 26, 2026 - 16:12
Keçmiş xanımı Polad haqqında kimə, hansı mesajları yazıb? - "Xəbər doğrudur, evləniblər" 

SAVASHMEDİA.az xəbər verir ki, məlumatı ilk yayan "Gununsesi" saytının baş redaktoru Pərviz Həşimli Polad Bülbüloğlunun təkzibinə münasibət bildirib.

“Xəbər yalandırsa, Polad Bülbüloğlu dünən nədən təkzib etmədi? Sualı qəbul etdi, susdu. Biz saatlarla gözlədik. Bu gün səhər başqa bir həmkarımıza deyir ki, bu söhbət uzanmasın. Yazmayın heç nə…”, - Baş redaktor bildirib.

Həşimli iddia edib ki, xəbəri təkzib etməsinə baxmayaraq, Polad Bülbüloğlu hazırda Türkiyədə həmin xanımla birlikdədir:

“Türkiyəyə yeni arvadı ilə gedib. Ortada əmlak söhbətindən tutmuş, eks xanımının Polad haqqında yaxınlarına yazdığı mesajlar da var. Xəbər doğrudur! Polad müəllim həyatındakı yeni qadını ilə çox xoşbəxtdir".

Baş redaktor xəbərin yalan olduğunu yazanlara da reaksiya verərək Polad Bülbüloğludan soruşmalarını istəyib:

“Xəbəri sevincək təkzib etməyə çalışanlar, bir zəhmət, soruşun ki, bu xanım hazırda sizinlə Bodrumda hansı statusda dincəlir?”

Aytən