Zelenski İstanbul görüşündən yazdı - “Rus təhdidləri rədd edildi”
“Rusiya təhdidləri ilə bağlı bütün cəhdlər İstanbulda rədd edildi”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İstanbulda nümayəndə heyətinə başçılıq edən müdafiə naziri Umerovun hesabatını dinlədikdən sonra sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti söhbəti ləyaqətli çərçivədə saxlaya bilib. “Rusiyanın bütün təhdid cəhdləri rədd edildi. Ukrayna insanların həyatını xilas etmək və diplomatiya üçün lazımi zəmin yaratmaq üçün tam və qeyd-şərtsiz atəşkəsin zəruriliyində təkid edir. Belə atəşkəs kifayət qədər uzun müddətə və davam etmək imkanına malik olmalıdır. Tərəfdaşlarla razılaşdırılmış təklifimiz 30 gündür. Biz buna hazırıq. Biz həmçinin əsas məsələlərin həlli üçün liderlər səviyyəsində görüşməyə hazırıq”, - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti hesab edir ki, görüşün ən böyük nəticəsi hərbi əsirlərin 1000-ə 1000 formatında mübadiləsi haqqında razılaşmadır. Hazırda onun komandası mübadilənin tədfərrüatlarını hazırlayır.
Xatirə SADIQ