Tramp sazişi dəyərləndirdi - “350 milyard dollar qazanacağıq”

“Ukrayna ilə yerin təki haqqında sazişin imzalanması ABŞ-yə potensial olaraq Ukraynaya dəstək üçün xərclənən 350 milyard dollardan daha böyük gəlir gətirəcək”.

May 1, 2025 - 13:41
Tramp sazişi dəyərləndirdi - “350 milyard dollar qazanacağıq”

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NewsNation-un telefon efirində deyib.

“Avropalılar 100 milyard dollar xərcləyiblər və onların pulları təhlükəsizdir, çünki banklarda Rusiya pulları var. Bayden onlara (Ukraynaya – red.) 350 milyard dollar pul və hərbi texnika verib, biz isə heç nə almamışıq”, - deyə Tramp bildirib.

O, özünü aldadılmış hiss etdiyini və ukraynalılarda gözəl nadir torpaq minerallarını xatırladığını söyləyib: “Və bu gün biz razılaşma əldə etdik. Bu, nəzəri olaraq bizə 350 milyard dollardan çox qazanc verəcək”.

ABŞ prezidenti həmçinin hər iki tərəfdən əsgərlərin və mülki şəxslərin ölümünün qarşısını almaq üçün davamlı sülh sazişinin tezliklə əldə edilməsinə kömək etmək istədiyini bildirib.

Xatırladaq ki, Trump dəfələrlə ABŞ-nin Ukraynaya yardım üçün təxminən 350 milyard dollar xərclədiyini iddia edib. Lakin Ukrayna prezidenti Volodimir Zelenski faktlarla bu rəqəmin daha az olduiğunu diqqətə çatdırıb. 

Xatirə SADİQ