"Mənə xain deyirlər, amma..." - Kılıçdaroğlu DANIŞDI + VİDEO
Cumhuriyyət Halk Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu son çıxışında haqqında səsləndirilən "xain" ittihamlarına münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Kılıçdaroğlu onu xəyanətdə ittiham edənləri FETÖ üzvləri ilə birlikdə fəaliyyət göstərməkdə ittiham edib.
“Mənə xain deyənlər var, bu şüarları mən də eşidirəm. Amma tarix bu sözləri deyənlərin də, dedizdirənlərin də qiymətini verəcək".
Kılıçdaroğlu bildirib ki, CHP daxilində yaşanan gərginliklərə baxmayaraq, partiyanın birlik və bütövlüyü qorunmalıdır. O, bütün problemlərin hüquqi çərçivədə həll edilməsinin vacibliyini vurğulayaraq qurultay mövzusunun gündəmdə olduğunu əlavə edib.
Xatırladaq ki, son günlər CHP-də rəhbərlik böhranı fonunda Kılıçdaroğlu ilə Özgür Özel tərəfdarları arasında siyasi gərginlik artıb.
Səlcuq