Zelenski Qərbə xəbərdarlıq etdi - “Putin görür ki, NATO-da...”
Kreml başçısı Vladimir Putinin Ukraynadakı müharibəni bitirmədən yeni ərazilərə hücum etmək niyyətindədir.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu fikri Fox news telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın bu yaxınlarda Avropa hava məkanına müdaxiləsi bu niyyətləri təsdiqləyir.
“Mən hesab edirəm ki, Putin başqa ərazilərə də genişlənmək istəyir. Mən bir il əvvəl həmkarlarıma demişdim: baxın, onun Ukraynadakı müharibəni bitirəcəyini və sonra başqa haradasa davam etdirəcəyini gözləməyin. O, Ukraynadakı müharibəni bitirmədən başqa haradasa başlaya bilər. Çünki o, başa düşür ki, hərbi maşını üçün ona öz zavodları, hərbi sahədə böyük pullara malik yaxın ətrafındakı biznesmenlər lazımdır. O, göstərmək istəyir ki, bunu davam etdirmək olar”, - deyə Zelenski xəbərdarlıq edib.
Ukrayna prezidenti əlavə edib ki, məhz bu səbəbdən Putin Kiyevlə istənilən sülh görüşlərini və ya danışıqları təxirə salır.
“O (Putin – red.) belə görüşdən qorxur. O, məndən qorxmur, demək istəyirəm ki, o, belə görüşlərdən qorxur, çünki orada hansısa nəticə əldə etməlidir. Amma onun bu günə istəyi müharibəni davam etdirməkdir. Əlbəttə, o, prezident Trampa deyirdi və mən düşünürəm ki, bəzən onlar danışırlar – Rusiya və Amerika komandaları –onlar da deyirlər ki, onlar sülh istəyirlər, amma bu, yalandır. Putin bu gün nə edir? O, NATO-ya siqnal göndərir. O, hiss edir ki, onlar bacarmırlar”, - deyə Zelenski nəzərə çatdırıb.
Zelenskinin sözlərinə görə, Putin görür ki, NATO-nun “havadan müdafiəsi və təlimi kifayət qədər deyil”.
“Və bu aydındır. Onlar (NATO hərbçiləri – red.) yaxşı, peşəkar uşaqlardır. Lakin onların müharibəsi yoxdur. Rusiya isə 10 ildən artıqdır bu müharibədədir”, - deyə Ukrayna lideri izah edib.
Zelenski həmçinin hesab edir ki, ABŞ prezidenti Putinə kifayət qədər təzyiq göstərməyib, çünki o, “Putinlə danışıqlar üçün diplomatik imkanları bağlamamağa” çalışırdı.
“O (Tramp – red.) ona (Putinə – red.) bundan əvvəl (Alyaskada görüşə qədər – red.) təzyiq göstərməmişdi. Çünki o, həqiqətən danışıqlara can atırdı. Həqiqətən görüşmək – bizim aramızda üçtərəfli görüş keçirmək istəyirdi. Amma bu, Putindir. Həmişəki kimi, hesab edirəm ki, bu vəziyyətdən sui-istifadə etdi. O, Trampla foto aldı. O, bunu öz auditoriyasına – rus ictimaiyyətinə satdı: baxın, mən ABŞ-layam və bu o deməkdir ki, biz davam edə bilərik”, - deyə Zelenski bildirib.
Xatirə SADİQ