Ağ Ev Trampın etirafını paylaşdı - “Zelenski cəsur insandır”
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin cəsarətinə heyran olduğunu bildirib.
SAVASHMEDİA.az xıbır verir ki, bu barədə Ağ Ev öz X sosial şəbəkəsində məlumat paylaşıb.
“O, cəsur insandır və qızğın mübarizə aparır”, - deyə Tramp bildirib.
Ağ Ev ölkə prezidentinin bu sitatını Zelenski ilə Trampın BMT Baş Assambleyası çərçivəsində görüşündən sonra dərc edib.
Xatirə SADİQ