Putinin elçisi Tramp administrasiyasından razıdır
“ABŞ prezidenti Donald Trampın administrasiyası III Dünya müharibəsinin başlanmasının qarşısını alıb”.
SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Fox News telekanalına müsahibəsində deyib.
“Bizim məhsuldar müzakirələrimiz gedir. Bizim diplomatlar da hadisələrin inkişafının mümkün variantlarını işləyirlər. Lakin şübhə yoxdur ki, prezident Trampın komandası nəinki III Dünya müharibəsinin qarşısını alıb, həm də Ukrayna probleminin həllində artıq mühüm irəliləyiş əldə edib”, - deyə Dmitriyev vurğulayıb.
Xatirə SADİQ