Atəşkəs şərtlərini açıqladı - Neft ucuzlaşdı

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə münaqişənin atəşkəs şərtlərini açıqlayıb.

Apr 1, 2026 - 10:02
Atəşkəs şərtlərini açıqladı - Neft ucuzlaşdı

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta ilə telefon danışığında bildirib.

“Hücumların təkrarlanmayacağına dair lazımi zəmanətlər verilərsə, müharibəni bitirmək iradəmiz var”, - o qeyd edib.

Atəşkəs şərtlərinin açıqlanması bazarlara da təsir edib. “Brent” neftinin qiyməti 3 faiz aşağı düşərək, bareli 105 dollardan 103,42 dollara enib, ABŞ-nin WTI nefti isə 101,45 dollar səviyyəsinə geriləyib.

Qiymətlərdəki bu eniş yaranan gərginliyin azalması ilə izah edilir.