Deputatlar nüvə silahının hazırlanmasına icazə istədilər - İranda

İranın 39 deputatı ölkənin Ali Milli Təhlükəsizlik Şurasına müraciət edib. 

Oct 9, 2024 - 15:02
Deputatlar nüvə silahının hazırlanmasına icazə istədilər - İranda

SAVASHMEDİA.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə müraciətin təşəbbüskarı, deputat Həsənəli Əxlaki Əmiri danışıb. 

Onun sözlərinə görə, parlamentarilər şuranı milli müdafiə doktrinasına yenidən baxılmasına və nüvə silahının hazırlanması ilə əlaqədar icazə verilməsinə çağırıblar.

Digər deputat Məhəmməd Reza Sabaqyan Bafqi bu təşəbbüsün İsrailin İranın nüvə və neft obyektlərinə zərbə endirmək təhlükəsi ilə əlaqədar olduğunu bildirib. 

Xatirə SADİQ