Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

Nobel həftəsinin üçüncü günündə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.

Oct 9, 2024 - 14:56
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb. 

Beləliklə, zülal tədqiqatları sahəsində kəşfə görə kimya üzrə Nobel mükafatı Devid Beyker, Demis Qassabis və Con M. Campenə təqdim edilib.   

David Baker tamamilə yeni növ zülallar yaratmaq kimi demək olar ki, qeyri-mümkün bir işdə uğur qazanıb.

Demis Qassabis və Con Jumper mürəkkəb protein strukturlarının proqnozlaşdırılması kimi 50 illik problemi həll etmək üçün süni intellekt modeli hazırlayıblar. Bu kəşflərin böyük potensialı var.

Xatirə SADİQ