Arvadı İcra Hakimiyyətindəki işindən çıxarılan həmin sürücünün ÜZR VİDEOSU
TikTok-da açdığı canlı yayımda dini lağa qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazovun üzr videosu yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, o bu barədə videoaçıqlama yayıb.
“Həmin videonu izləmiş hər kəsdən üzr istəyirəm. Özüm namaz qılıb oruc tutmasam da, həmişə Allaha inanmışam. Mənəvi dəyərlərə hörmət edirəm. O sözləri spirtli içkinin təsiri altında söyləmişəm. Hər kəsdən üzr istəyirəm”, - o bildirib.
Qeyd edək ki, H.Eyvazovun eyni zamanda Füzuli RİH-də sürücü işlədiyi deyilsə də, qurumdan onun uzun müddətdir RİH-də çalışmadığı bildirilib. İcra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova isə həyat yoldaşının gündəm olan videosundan sonra işdən ayrılmaq üçün ərizə yazıb.
Səlcuq