Paşinyan Moskvadan bahalı hədiyyələrlə qayıdıb - Kim nə verib?
Ermənistanın baş naziri Nikol Paşinyan 13 dekabr 2024-cü ildə Moskvada keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etdikdən sonra bir neçə bahalı hədiyyə alıb.
Eməni mətbuatı yazır ki ki, Rusiyanın Baş Naziri Mixail Mişustindən Paşinyan 650 min dram (1,6 min dollar) dəyərində olan "Qış nağılı" nahar dəstini alıb.
Bu hədiyyə məşhur rəssam Aleksey Vorobyevski tərəfindən hazırlanıb və xidmətin əsərləri Ermitaj, Rus Muzeyi və Kuskovo Dövlət Keramika Muzeyində saxlanılır.
Özbəkistan Baş Naziri Abdulla Aripov Paşinyana 628 min dram (1,5 min dollar) dəyərində mis oyma "İçan-Kala" hədiyyə edib.
Qırğızıstan hökumətinin başçısı Akılbek Japarov Paşinyana Ağrı dağı və Xor Virap monastırını əks etdirən bir rəsm hədiyyə edib. Bu rəsmin qiyməti isə 80 min dram (200 dollar) təşkil edir.
Məlumatda Paşinyanın Aİİ ölkələrinin başçılarına nə hədiyyə verdiyi barədə məlumat verilmir. (milli.az)