Juninyo bu məbləği eşidincə "Sevilya"ya "yox" dedi - Braziliyaya gedir
"Qarabağ"ın İspaniyanın "Sevilya" klubuna keçəcəyi gözlənilən futbolçusu Olavio Juninyo qərarını dəyişib.
SAVASHMEDİA.az-ın məlumatına görə, yerli mediada futbolçunun artıq "Sevilya"ya transfer istəmədiyi barədə xəbərlər tirajlanıb.
Bunun səbəbi kimi isə onun Braziliyanın "Flamenqo" klubu ilə anlaşması göstərilir.
Nüfuzlu Uol.com nəşrinin yaydığı məlumata görə, futbolçunun qərarının dəyişməsinə "Flmaneqo"nun məşhur məşqçisi Felipe Luis səbəb olub.
Braziliyalılar "Qarabağ"la anşala bilsə, Juninyonun transferi üçün 5 milyon avro ödəməyə razıdır.
Juninyo isə "Sevilya"nın təklif etdiyindən 3 dəfə çox maaş alacaq.
Oğuz