Zubir “Qarabağ”dan ayrıldı - Yeni klubu bilindi
“Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubir komandadan ayrılıb.
SAVASHMEDİA.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi avqustun 14-də Ağdam təmsilçisinin düşərgəsini tərk edərək Qətərə yollanıb.
Zubirin Qətərin “Əl-Şahaniya” klubu ilə müqavilə imzalaması gözlənilir.
Transferin tibbi müayinədən sonra rəsmən açıqlanacağı bildirilir.
Aytən