Neymar ərəblərlə vidalaşır, yeni klubu bəlli oldu

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu böyük ehtimalla Braziliyanın "Santos" klubuna qayıdacaq. 

Jan 19, 2025 - 23:00
Neymar ərəblərlə vidalaşır, yeni klubu bəlli oldu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Diario Do Peixe məlumat yayıb.

Mənbənin məlumatına görə, Braziliya klubu 32 yaşlı Neymarı 6 aylıq icarəyə götürməyə razılaşıb. Bu vaxta qədər isə onun “Əl-Hilal”la müqaviləsi başa çatacaq. Razılaşma yaxın günlərdə açıqlana bilər.

Xatırladaq ki, Neymar 2013-cü ilə qədər “Santos”da çıxış edib, sonra isə Kataloniya “Barselona”sına keçib.

Bu mövsüm Neymar "Əl-Hilal"ın heyətində bütün turnirlərdə iki oyun keçirib, lakin heç bir qol vura bilməyib. Futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Səlcuq