"Fənərbaxça" İsmail Kartala su şüşəsi atan azarkeşə CƏZA KƏSDİ
"Fənərbaxça"nın "Roma" ilə Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi oyunda baş məşqçi İsmayıl Kartala tribunadan su şüşəsi atılıb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə 1:1 hesabı ilə başa çatan qarşılaşma zamanı baş verib.
Məlumata görə, İsmayıl Kartalın başına su şüşəsi atan azarkeş müəyyənləşdirilib və onun "Fənərbaxça"nın oyunlarına girişinə qadağa qoyulub.
Həmin şəxsin adı və digər şəxsi məlumatları isə hələlik rəsmi şəkildə açıqlanmayıb.
Qeyd edək ki, İsmail Kartal "Roma" ilə oyundan sonra keçirdiyi mətbuat konfransında istefa verdiyini açıqlayıb.
Oğuz