"Qarabağ"ın hər futbolçusuna 70 min manat verildi - MÜKAFAT

"Qarabağ" Çempionlar Liqasının ilk turunda "Kopenhagen" üzərində qələbəyə görə futbolçuları mükafatlandırıb.

Oct 4, 2025 - 17:47
"Qarabağ"ın hər futbolçusuna 70 min manat verildi - MÜKAFAT

Ağdam klubunun rəhbərliyi hər oyunçuya 70 min manat bonus təqdim edib.

Oyuna sonradan qoşulanlar bu məbləğin 75 faizini, ehtiyatda qalanlar isə 50 faizini alıblar.

Qeyd edək ki, "Qarabağ" ÇL-in II turunda "Kopenhagen"ə də 2:0 hesabı ilə qalib gəlib və 6 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. 

Apasport