Ayxan Abbasovun yerinə o gətirildi - RƏSMİ

Azərbaycan U-21 milli komandasının yeni baş məşqçisi məlum olub.

Oct 4, 2025 - 17:30
Ayxan Abbasovun yerinə o gətirildi - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, Ayxan Abbasovdan boşalan posta Rəşad Eyyubov gətirilib. Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, U-21 yığmamız oktyabrın 10-da səfərdə Çexiya ilə, 4 gün sonra isə Bakıda Şotlandiya ilə üz-üzə gələcək. Bu görüşlər Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək.