Ehtiram Quliyev Bakıda "Fənərbağça" prezidenti ilə görüşdü - RAZILAŞDILAR
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev İstanbul təmsilçisi “Fənərbağça”nın prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” - “Fənərbağça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.
Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.
Aytən