Qurbanovun mətbuat konfransındakı zarafatı - Andradeni hədələdi + VİDEO

Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Kopenhagen”lə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Oct 1, 2025 - 01:35
Qurbanovun mətbuat konfransındakı zarafatı - Andradeni hədələdi + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, mətbuat konfransında Qurban Qurbanovla  futbolçusu Lenadro Andrade arasında maraqlı dialoq yaşanıb.

Jurnalistin “Benfika” ilə oyundan əvvəl qol vuracağınızı vəd etmişdinmiz yenə söz verirsinizmi?” sualına futbolçu "sonra qədər mübarizə aparacağam" cavabını verib. 

Onun bu cavabından sonra isə Qurban Qurbanov futbolçuya xitabən "mən gərək düşünüm, Leonu start heyətdə meydana buraxıram, ya yox” deyib.

Onun bu zarafatı xoş ovqat yaradıb.

Oğuz 

Həmin görüntüləri təqdim edirik: