Məşhur müğənnini balkondan doğmaları atıb? - Türkiyəni qarışdıran ölümdə YENİ DETAL

Türkiyənin əfsanəvi müğənnisi Güllünün faciəli ölümü ilə bağlı qalmaqal səngimir.

Oct 1, 2025 - 01:22
Oct 1, 2025 - 01:25
Məşhur müğənnini balkondan doğmaları atıb? - Türkiyəni qarışdıran ölümdə YENİ DETAL

SAVASHMEDİA.az xəbər verir ki, evindəki təhlükəsizlik kameralarının görüntülərinə əsasən, Güllünün öldürüldüyü iddia olunur.

Bunu iddia edənlərdən biri də məşhur müğənninin müdiri Ferdi Aydındır.

Ferdi Aydın bildirib ki, Güllünün pəncərədən yıxılması mümkün deyil:

“Öldürülüb, şübhəsiz! Güllü belindən əməliyyat olunub və onurğasına platin taxılıb. Belində platin olan heç bir qadın ayağı sürüşsə belə pəncərədən yıxıla bilməz. Yerə yıxıla bilər, arxaya yıxıla bilər, yana yıxıla bilər, önə yıxıla bilər, amma qətiyyən pəncərədən düşə bilməz. Deyirlər ki, Güllü rumın havası oynayanda pəncərədən yıxılıb. O, otaqda rəqs edəcək qədər yer yoxdur. Mən dəfələrlə Güllü xanımı səhnəyə çıxarmışam. O, on dəqiqədən artıq ayaq üstə dayana bilmirdi. Səhnədə də stulda oturaraq mahnı oxuyurdu. Hətta “Güllü niyə ayaqüstə oxumur?” deyə müştərilər də şikayət edirdi. Gülü xanımın rumın havası oynayacaq halı yox idi. Bu işin içində olanlar yalan ifadə veriblər”.

Ferdi Aydın müğənninin ölümündə oğlunun, qızının və menecerinin şübhəli olduğunu bildirib:

“Güllü xanım gecə saat 1-də pəncərədən yıxılır, bütün sümükləri qırılır, həyatını itirir. Onun o halını görən bir satıcı “mənə çox pis təsir edib, yadımdan çıxara bilmirəm, 48 saatdır içirəm” deyir, amma oğlu gecə saat 3-də evə gəlir, 3 saat sonra - 6-da çıxıb böyük bir mətn oxuyur. Qızı narkotik istifadə edirdi və buna görə də Güllü xanımı günahlandırırdı. “Atamla boşandı deyə mən bu yolu seçdim” deyirdi. 

Mən Güllü xanımı 50 dəfə səhnəyə çıxarmışam. Oğlu bir dəfə də olsun anasının dalınca gəlməyib. Qızı da, oğlu da onu ancaq pul istəmək üçün axtarırdı. Güllü xanım özün də bunu anlayırdı. Həmişə “nəvəmdən başqa hamısı yalandır” deyirdi...

Meneceri Deniz - əsl adı Çiydemdir- Güllüyə həmişə pis davranırdı, onu alçaldır, təhqir edirdi. Güllü bir neçə ay əvvəl buna görə onu işdən çıxardı. Güllü illər əvvəl qəzaya düşüb və beli qırılıb. Həmin qəza zamanı da onun yanında meneceri Deniz olub. Deniz polisə verdiyi ifadədə maşında yatdığını, yuxuda qəzaya düşdüklərini görüb oyanan anda sükana müdaxilə etdiyini və buna görə də həqiqətən qəzaya düşdüklərini bildirib...”

Xatırladaq ki, Güllü adı ilə tanınan Gül Tut sentyabrın 26-da yaşadığı evin pəncərəsindən yıxılaraq həyatını itirib.

Banu

Əlaqəli yazının linki: https://savashmedia.az/turkiyenin-efsanevi-mugennisi-balkondan-yixilib-oldu-kameralara-baxilsin-video