QHT əməkdaşları Ağdərədə minaya düşdülər

İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.

Aug 3, 2026 - 11:59
QHT əməkdaşları Ağdərədə minaya düşdülər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının (QHT) əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə ediliblər. Vəziyyətləri qənaətbəxşdir.