Mirşahin oğlunun toyuna buna görə gəlməyibmiş - Mirçingiz HƏR ŞEYİ DANIŞDI

“Real TV”nin baş direktoru Mirşahin Ağayevin oğlu, jurnalist Mirçingiz Ağayevin toyu barədə sosial mediada yazılanlar müzakirələrə səbəb olub. 

Sep 18, 2026 - 19:13
Sep 18, 2026 - 19:35
Mirşahin oğlunun toyuna buna görə gəlməyibmiş - Mirçingiz HƏR ŞEYİ DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, yayılan iddialarda Mirşahinin aralarında mübahisə yarandığı üçün oğlunun toyunda iştirak etmədiyi vurğulanır.

İddialara görə o, hətta “Real TV”nin digər işçilərinə də toya getməyi qadağan edib. Nəticədə, keçmiş “Yeganə”, indiki “Valmora” şadlıq evində baş tutan toyda az qonaq olub. Menyuya əsasən tələb olunan məbləği ödəyə bilmədiyinə görə Mirçingiz və xanımı üçün girov saxlanılmaq təhlükəsi yaranıb.

Mövzu ilə bağlı pravda-ya danışan Mirçingiz Ağayev atasının toya gəlmədiyini təsdiqləyib: 

“Atamın toya gəlməməsi doğru məlumatdır. Çünki bir ay öncədən atam Naxçıvana bilet almışdı. “Real TV”nin əməkdaşı Kamran Qasımovun “Cənnətin iqamətgahı” filminin təqdimat gecəsində olacaqdı. Bununla bağlı ayrıca məlumat vermişdi. Təqdimat mərasimində bir çox rəsmilərin də iştirak edəcəyini nəzərə alaraq, düşünmək olmazdı ki, həmin tədbiri təxirə salıb toya gələcək. 

Amma “Real TV”dən bəzi əməkdaşlar gəlmişdilər, hətta keçmiş əməkdaşlar da. Amma çoxluq yox idi. Bu isə yayılan məlumatlarla bağlı deyil. Əvvəlki iş yerimdən də dəvət etdiyim xeyli adamın gəlməmək üçün müxtəlif səbəbləri var idi. Kimisi xəstələnib, kimisi ölüb. Ölənləri başa düşürəm, dirilərin gəlməmələri ilə bağlı məni üzən məqamlar var. Bunu da şaiyələrlə əlaqələndirmək istəməzdim. Girov saxlanılmağımız barədə məlumat yanlışdır".