Putin Qərbin məşhur brendlərinin Rusiyadakı bizneslərini ƏLƏ KEÇİRDİ - SİYAHI
Rusiya Prezidenti Vladimir Putin Qərbin iri şirkətlərinin ölkədəki bizneslərinə nəzarəti gücləndirib.
SAVASHMEDIA.az xəbər verir ki, Putin sentyabrın 17-də imzaladığı fərmanla İsveçrənin “Nestle”, Fransanın “Auchan” şirkətinin Rusiya aktivlərini, eləcə də keçmiş “Leroy Merlin” şəbəkəsinin yerli strukturunu və bir sıra logistika şirkətlərini müvəqqəti idarəetməyə verib.
Aktivlərin idarə olunması “L.E.V. Management” adlı Rusiya şirkətinə həvalə edilib. Şirkətin sahibləri barədə açıq mənbələrdə məlumatlar məhduddur.
Kreml qərarı şirkətlərin sahiblərinin Rusiyanın “dost olmayan ölkələr” siyahısında olan dövlətlərdən olması ilə əsaslandırıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bu ölkələrin Rusiyaya qarşı hərbi fəaliyyətləri də qərarın qəbulunda nəzərə alınıb.
“Nestle” Rusiyada altı zavod və təxminən 7 min əməkdaşla fəaliyyət göstərirdi. Şirkət Rusiyada əsasən zəruri ərzaq məhsullarının istehsalını davam etdirirdi. “Auchan”ın isə ölkədə 200-dən çox mağazası və on minlərlə əməkdaşı var.
“Nestle” qərarla bağlı öz hüquqlarını qorumaq üçün bütün zəruri addımları nəzərdən keçirdiyini açıqlayıb. “Auchan” isə Rusiya hakimiyyətindən fərmanın detalları ilə bağlı açıqlama tələb edib.
Qeyd edək ki, Rusiyada belə “müvəqqəti idarəetmə” qərarları daha əvvəl də Qərb şirkətlərinə tətbiq edilib. “Danone” və “Carlsberg” kimi şirkətlərin aktivləri ilə bağlı əvvəlki qərarlardan sonra həmin bizneslərin satışı və ya yerli sahiblərə keçirilməsi baş vermişdi.
Səlcuq