Paşinyanın partiyası neçə faiz səs toplayıb? - Exit-poll nəticələri

Ermənistanda keçirilən parlament seçkilərində seçici fəallığı yüksək olub.

Jun 7, 2026 - 21:41
Paşinyanın partiyası neçə faiz səs toplayıb? - Exit-poll nəticələri

SAVASHMEDİA.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyanın sözlərinə görə, seçici fəallığı 58,97 faiz təşkil edib. Ümumilikdə 1 milyon 476 min 597 vətəndaş səsvermədə iştirak edib.

Müqayisə üçün qeyd edək ki, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı 49,41 faiz olmuşdu. Həmin seçkilərdə 1 milyon 281 min 911 nəfər səs vermişdi.

Bu arada, exit-pollun nəticələrinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 56,7 faizini toplayaraq liderdir.

Rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" müxalifət bloku isə 17,5 faiz səslə ikinci yerdə qərarlaşıb.

Oğuz