Paşinyan səsvermədən dərhal sonra xalqa MÜRACİƏT ETDİ

Ermənistanda parlament seçkilərində səsvermənin başa çatmasından sonra baş nazir Nikol Paşinyan vətəndaşlara videomüraciət edib.

Jun 7, 2026 - 22:15
Paşinyan səsvermədən dərhal sonra xalqa MÜRACİƏT ETDİ

SAVASHMEDİA.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında paylaşdığı qısa videoda əvvəlcə "Axşamınız xeyir" deyərək seçicilərə müraciət edib.

Baş nazir daha sonra "Sizi sevirəm" ifadəsini işlədib. Paşinyanın seçkilərin başa çatmasından dərhal sonra yaydığı videomüraciət qısa olsa da, diqqət çəkib.

Görüntülərdə Paşinyanın kifayət qədər rahat və özünəinamlı görünməsi sosial şəbəkə istifadəçilərinin də diqqətindən yayınmayıb.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri üzrə səslərin sayılması prosesi davam edir.

Aytən