“Ukrayna hökuməti silah satışı ilə məşğul olmur” – Zelenski

“Ukrayna hökuməti müharibədən qazanc əldə etmək cəhdlərinə qəti şəkildə qarşıdır. Ölkə nəinki alınan yardımdan pul qazanmır, həm də ondan sui-istifadə etməyə cəhd edənləri fəal şəkildə cəzalandırır”.

Jan 6, 2025 - 10:51
“Ukrayna hökuməti silah satışı ilə məşğul olmur” – Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski amerikalı podcaster Leks Fridmana müsahibəsində deyib. 

Zelenski diqqətə çatdırıb ki, beynəlxalq yardımın böyük hissəsi Ukraynaya pul şəklində deyil, silah şəklində verilir. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti yardımdan qeyri-qanuni istifadə etmək cəhdlərinə sərt reaksiya verir.

“Silahlarla nəyinsə ola biləcəyi risklərini gördükdə, hər kəsin əllərinə vurduq. Və inanın, bu, təkcə Ukraynaya aid deyil. Biz müharibədən pul qazanmamışıq. Əgər kiminsə bunu etmək istədiyini tapırdıqsa, biz əlllərindən vurduq və bunu etməyə davam edəcəyik”, - deyə Zelenski vurğulayıb.

Zelenski həmçinin qeyd edib ki, belə dezinformasiyanın yayılması daha bir problemdir. Çünki dezinformasiyalar Ukraynaya inamın sarsıdılması və beynəlxalq tərəfdaşlardan dəstək almağı çətinləşdirməsi məqsədini güdür.

“Kimsə Ukraynanın haradasa silah satdığını deyəndə və Rusiya bu mesajdan yapışanda biz həmişə cavab verirdik: bax, bizim hərbçilərimiz belə insanları özləri cəzalandırardılar. Bağışlayın, məhkəməsiz və istintaqsız, acı cəbhədə bizim silahımız çatmır. Bu cür çoxlu məlumatlar ortaya çıxanda inam və yardım yoxa çıxır. İnanın ki, biz dezinformasiyaya (silah satışı - red.) qarşı daha çox mübarizə aparırıq, nəinki real hallarla”, - deyə Zelenski əlavə edib.

Xatirə SADİQ