Venesuelanın müdafiə naziri həmin gecədən DANIŞDI - "Mühafizəçiləri öldürüblər..."
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes prezident Nikolas Maduronun oğurlanması zamanı onun mühafizəçilərinin öldürüldüyünü deyib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Venesuelanın müdafiə naziri yerli televiziyaya açıqlamasında prezidentin oğurlandığı gecədən danışıb:
"Milli Silahlı Qüvvələr Venesuela Bolivar Respublikasının legitim prezidenti, baş komandanımız Nikolas Maduronun və onun həyat yoldaşı, birinci xanım Cilia Flores de Maduronun qorxaqcasına oğurlanmasını qəti şəkildə pisləyir. Bu cinayət 3 yanvar 2026-cı il şənbə günü, gecə saatlarında baş verib. ABŞ qüvvələri həmin gecə prezidentin mühafizəçilərinin çoxunu, eləcə də həm kişilər, həm də qadınlar olmaqla çoxlu əsgər və mülki şəxsləri qətlə yetiriblər".
Nazir həmçinin ölkənin Milli Assambleyasının (parlamentinin) yanvarın 5-də normal işinə başlayacağını açıqlayıb.
"Yanvarın 5-də biz parlamentin toplanacağını gözləyirik. Milli Məclisin növbəti konstitusiya dövrü üçün işinə başlamasının şahidi olacağıq. Və biz bu prosesi alqışlayırıq", - o bildirib.
Oğuz