Makronun arvadının kişi olduğunu iddia edən JURNALİST ÖLDÜ – DETALLAR
Fransanın birinci xanımı Bricit Makronla bağlı səs-küylü iddialar irəli sürən jurnalist Nataşa Rey 56 yaşında vəfat edib.
SAVASHMEDIA.az xəbər verir ki, fransız jurnalist Xavyer Pussarın məlumatına görə, Rey sentyabrın 13-də xərçəng xəstəliyindən dünyasını dəyişib.
Nataşa Rey 2021-ci ildə Bricit Makronun cinsi mənsubiyyəti ilə bağlı iddiaları araşdırması ilə dünyada məşhurlaşmışdı.
Nataşa Rey iddia edirdi ki, Bricit Makron əslində qadın olaraq doğulmayıb, onun doğum kağızındakı adının Jan-Mişel Tronye olduğunu və sonradan cinsiyyətini dəyişərək Bricit adını götürdüyünü bildirirdi. Rey həmçinin Bricitin ailə keçmişi və qardaşı Jan-Mişel Tronyenin həyatı ilə bağlı məlumatların gizlədildiyini iddia edirdi.
Rey və onunla birlikdə çalışan Amandin Roy bu məsələ ilə bağlı Bricit Makron və onun qardaşı Jan-Mişel Tronyenin qaldırdığı məhkəmə işinə cəlb olunmuşdu.
İşin ilk mərhələsində onlar böhtana görə təqsirli bilinmişdilər. Lakin 2025-ci ilin iyulunda Paris Apellyasiya Məhkəməsi əvvəlki qərarı ləğv edərək Rey və Roy barədə bəraət qərarı çıxarmışdı.
Səlcuq