Rusiya - Zəhərli tarix

İnsafsız tarixə məlumdur ki, II Pyotru silah kəməri ilə boğmuşdular, amma onu alçaltmaq məqsədilə aləmə yaydılar: çar babasil xəstəliyindən ölüb. Belə xəstəlik o dövrdə alçaq aqibət hesab olunurdu.

Jul 2, 2025 - 13:51
Rusiya - Zəhərli tarix

Yaxşı bilirik – tarixi qaliblər yazırlar. Rusların müdrik kəlamı isə riyakarcasına deyir: keçmiş məchuldur.

II Yekaterina tarixçilərdən, məsələn Karamzindən tələb edirdi ki, tarixi onun istəyinə müvafiq qələmə alsın. Karamzin bükülürdü...

Son 20 ildə Putin Rusiyanın qədim və yeni tarixini dəfələrlə dəyişib. Rus xalqı feyk xəbərlər, illüziyalar dünyasında yaşayır.

Yeltsinin dövründə tarix müəllimlərinə müxtəlif variantlarda tədris aparmaq ixtiyarı verilmişdi. Müəllim konkret tarixi faktları götürüb, onları məqbul saydığı şəkildə şərh edirdi. Putin alternativ tədrisi ləğv etdi. İndi bütün orta və ali təhsil müəssisələrində yalnız Vova Voviçin dünya anlamı tədris və təbliğ olunur.

Putin özünü dəfələrlə I Pyotrun işinin davamçısı adlandırıb. Hansı işinin? Ərazi toplamaq işinin. Hansı ərazilərin toplanması? Əlbəttə, başqa xalqların və dövlətlərin ərazilərinin.

Tənbəllik etmə, Rusiyanın xəritəsinə nəzər sal. Orada rus xalqına etnik cəhətdən, irsən məxsus heç yer tapmazsan. Rusiya bir xalqın vətəni deyil, orada yaşayan əhalinin məskunlaşma ərazisidir. Əgər Tramp ortada olmasaydı, deyərdim ki, Putin dünyada ən abırsız siyasətçidir. Amma indi onlar birinci yeri bölürlər.

Bəlkə soruşmaq istərdin, Rusiyadan nə istəyirəm? Yox, Rusiya məndən nə istəyir?! Axı o, hamıdan nə isə istəyir. Ukraynalılardan – Ukraynanı, qazaxlardan – Qazaxıstanı, Baltiya xalqlarından – Latviya, Litva və Estoniyanı, türklərdən – keçmiş Konstantinopolu, qafqazlılardan – bütün Qafqazı...

Öz ölkəsində Putin müharibəni müharibə adlandırmağı qadağan edib.  Küçədə “Sülh” sözü yazılmış vərəqlə dursan, məhkəmə sənə 15 il həbs cəzası kəsəcək. Bu, faktdır.

“Telegram”ı günahlandırır ki, terrorçular həmin messencerdən istifadə ediblər. Lakin, məlumdur ki, terrorçular cinayət yerinə metroda və avtomobillərdə yollanırlar. Ey, bəlkə metronu, avtonəqliyyatı da qadağan edəsən! Ayaqqabıları da et qadağan, çünki terrorçular cinayət yerinə heç vaxt ayaqyalın getmirlər...

Rusiya mənfur ilantək öz zəhərini ətrafa sıçradır, püskürür. O, əzab verdiyi istər xalqlardan, istərsə də dövlətlərdən ruhi rahatlıq duyur. Ruslar millətindən, məşğuliyyətindən, yaşından və cinsindən asılı olmayaraq qətlə yetirdikləri hər insanın cəsədindən xüsusi razılıq hissi keçirir, qüvvət alırlar. Ətrafında - yaxında və uzaqda - hamı, bütün sülhsevər xalqlar, dövlətlər başında ağlı, qəlbində mərhəmət olmayan Rusiyanın öz ödündə batıb boğulacağı günü səbirsizliklə gözləyir.

A.ƏZİZ