İsrail 60 günlük atəşkəs şərtini qəbul etdi - Donald Tramp

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini bildirib.

Jul 2, 2025 - 13:57
İsrail 60 günlük atəşkəs şərtini qəbul etdi - Donald Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə amerikalı president özünün “Truth” sosial şəbəkəsində yazıb.

Tramp həmçinin HƏMAS-ın da bu razılaşmanı qəbul edəcəyinə ümid etdiyini vurğulayıb.

“Mənim nümayəndələrim Qəzza ilə bağlı israillilərlə uzun və səmərəli görüş keçirdilər. İsrail 60 günlük atəşkəs üçün lazımi şərtlərlə razılaşıb və bu müddət ərzində biz müharibəni dayandırmaq üçün bütün tərəflərlə çalışacağıq. Sülhün əldə olunması üçün çox səylər göstərmiş qətərlilər və misirlilər bu yekun təklifi ötürəcəklər. Ümid edirəm ki, Yaxın Şərqin rifahı naminə HƏMAS bu razılaşmanı qəbul edəcək, çünki vəziyyət yaxşılaşmayacaq, - O YALNIZ PSLƏŞƏCƏK”, - deyə Tramp xəbərdrlıq edib.

Xatirə SADİQ