“Döyüşçülərimiz Kurskda tapşırıqlarını yerinə yetirirlər” – Ukrayna prezidenti

Ukrayna prezidenti Volodimir Zelenski Kursk vilayətindəki ukraynalı hərbçilərin öz tapşırıqlarını yerinə yetirdiyini bildirib. 

Mar 12, 2025 - 17:38
“Döyüşçülərimiz Kurskda tapşırıqlarını yerinə yetirirlər” – Ukrayna prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna lideri brifinqdə danışıb.

Onun sözlərinə görə, rusiyalılar Ukrayna qoşunlarına maksimum təzyiq göstərməyə çalışırlar, lakin hərbi komandanlıq əsgərlərin həyatını maksimum dərəcədə xilas etmək üçün üzərinə düşəni edir.

“Biz başa düşürük ki, Rusiya tərəfi yaxın günlərdə nə nümayiş etdirəcək. Düşünürəm ki, məsələ hətta onda deyil ki, onlar Kursk istiqamətində hərarəti  yüksəldirlər. Onlar hədə-qorxu ilə məşğul olacaqlar. Düşünürəm ki, müxtəlif məsələlər olacaq. Və həm də nüvə səciyyəli. Başa düşmək lazımdır ki, bu, Rusiya Federasiyası üçün istənilən diplomatiya formatı qarşısında aydın metodik hərəkətlərdir”, - deyə Zelenski söyləyib.

Xatirə SADİQ