Tramp Rusiyaya qarşı təkrar sanksiyaların tətbiqinə hazırdır
“ABŞ prezidenti Donald Tramp bir daha Rusiyaya qarşı təkrar sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib, lakin məsələyə diplomatik yolla yanaşmaq istəyir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“O (ABŞ prezidenti Donald Tramp – red.) bir daha bunu etməyə hazır olduğunu yenidən bildirdi. Biz hazırda qüvvədə olan heç bir sanksiyaları ləğv etmirik. Və eyni zamanda o, bilir ki, dünyanın diqqət tələb edən başqa bir hissəsi, bütün yer kürəsi var”, - deyə xanım Brüs əlavə edib.
Qeyd edək ki, fevral ayında Donald Tramp Rusiyaya qarşı 2014-cü ildən tətbiq edilən bütün sanksiyaların müddətini bir il də uzadıb. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukraynadakı münaqişənin həllinə mane olmamaq üçün Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmir.
Aprel ayında isə “The Wall Street Journal” xəbər verdi ki, ABŞ prezidentinin komandası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ssenariləri üzərində işləyir.
Xatirə SADİQ