Rusiya kəşfiyyatına işləmiş rəngsaz yaxalandı – Yunanıstanda
Afina ölkənin şimal-şərqindəki Aleksandrupolis şəhərində Rusiya kəşfiyyatına casusluq ittihamı ilə saxlanılan şəxsin rəngsaz işləmiş etnik gürcü olduğunu açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Ekathimerini” portalı məlumat yayıb.
Hakimiyyətdən bildirilir ki, uzun illər Yunanıstanda yaşayan şübhəli şəxs 2024-cü ilin payızının əvvəlində Rusiya hərbi kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilən yunan həmyerlisi tərəfindən casusluğa cəlb olunub.
Şübhəli şəxsin mobil telefonundan götürülən dəlillər göstərir ki, o, ən azı altı ay hərbi obyektləri izləyib, tədarük olunan avadanlıqların, xüsusən də Ukraynaya göndərolənlərin fotoşəkillərini çəkib, fotoları və təsvirləri kuratoruna göndərib.
“O, istənilən məbləğdə “vətənə” kömək etməyə hazır olduğunu bildirib”, - deyə yunan məmuru söyləyib.
Casusluğa cəlb etməkdə şübhəli bilinən şəxsin də etnik gürcü olduğu məlum olub. O, Rusiya kəşfiyyat xidmətləri üçün müşahidə aparıb, sonra isə Litvaya köçüb. Məlumata görə, həmin şəxs Litvada mart ayında həbs olunub.
Xatirə SADİQ