Qəzza sakinlərinə təxliyə olunmaq əmr edildi - İsrail ordusu
İsrail ordusu (IDF) yeni hücumdan əvvəl Qəzza sakinlərinə təxliyə olunmalarını əmr edib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Bu, İsrailin HƏMAS-ın qalan girovları azad etmədiyi təqdirdə Qəzzaya hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq etməsindən sonra baş verib. İsrail ordusu təxliyə haqqında ərəb dilində yazılmış vərəqləri səmadan sakinlərə səpələyiblər.
Təxliyə haqqında əmr sakinlər arasında çaxnaşma və çaşqınlıq doğurub. Bəziləri cənuba getməyə məcbur olacaqlarını, digərləri isə qalacaqlarını, özlərini Qəzzadan başqa heç yerdə təhlükəsizlikdə hiss emədiklərini bildiriblər.
Xatirə SADİQ