Qreta Tunberqin gəmisinə dron düşdü

İsveç ekofəalı Qreta Tunberqin göyərtəsində oduğu gəmi Qəzzaya üzərkən dronla vurulub. 

Sep 9, 2025 - 13:15
Qreta Tunberqin gəmisinə dron düşdü

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, Qəzzaya gedən “Sumud” qlobal donanmasının (GSF) əsas gəmilərindən biri Tunis limanında dronla vurulub, lakin altı sərnişin və ekipaj xəsarət almayıb.

GSF bildirib ki, donanmanın əlaqələndirmə komitəsi üzvləri daşıyan Portuqaliya gəmisi göyərtəsinə və aşağı anbar sahələrinə ziyan dəyib.

Tunisin Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edərək bildirib ki, “Sidi Bu Səid” limanında pilotsuz uçuş təyyarəsinin gəmini vurması xəbəri əsassızdır”, yanğın isə gəminin özündə baş verib.

Lakin internetdə gəmiyə dronun hücumunu əks etdirən video yayılıb. 

Qeyd edək ki, donanma 44 ölkədən nümayəndə heyətlərinin dəstəyi ilə İsrailin Qəzzaya qarşı dəniz blokadasını yarmaq və humanitar yardım çatdırmaq məqsədi daşıyan beynəlxalq təşəbbüsdür. İştirakçılar arasında isveçli ekofəalı Qreta Tunberq də var.

Bu, Qreta Turnberqin beynəlxalq ekspertlərlə Qəzzaya il ərzində ikinci səfəridin. 2025-ci ilin iyununda Qəzzaya gəmi ilə yollanmaq istəyən isveçli ekoloji aktivisti və dostlarını dənizdə yaxalamışdı. İsrail Xarici İşlər Nazirliyi o zaman Qreta Tunberqi ölkədən deportasiya etmişdi. O, təyyarə reysi ilə Fransaya göndərilmişdi. Tunberq əvvəllər ekoloji səbəblərə görə təyyarə ilə uçmaqdan imtina edir, əsasən qatar və dəniz yolu ilə səyahətə üstünlük verirdi.

Xatırladaq ki, 2007-ci ildə Qəzza zolağının HƏMAS-ın nəzarətinə keçməsindən sonra İsrail dəniz blokadasını davam etdirir. İsrail hökuməti blokadanın məqsədinin silahların silahlılara çatmasının qarşısını almaqla izah edir.

Xatirə SADİQ