Ağadadaş Ağayev evindən VİDEO paylaşdı - "O məlumat yalandır"

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ötən həftə yekunlaşıb.

Mar 12, 2025 - 17:28
Ağadadaş Ağayev evindən VİDEO paylaşdı - "O məlumat yalandır"

Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağadadaş Ağayev xuliqanlıqda təqsirli bilinərək ona 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti hesab edilməklə şərti hesab olunub.

Bu gün Ağadadaş Ağayev vəkili ilə birgə kamera önünə keçərək barəsində çıxarılan hökmdən danışıblar.

Görüntüləri təqdim edirik:

(Lent.az)