Zelenski amerikalı həmkarının dəvətindən xəbərsizdir
Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evə mümkün səfərlə bağlı dəvəti eşitmədiyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Zelenski brifinqdə deyib.
“Düşünürəm ki, Amerika prezidenti ilə keçirdiyimiz istənilən görüş hər iki tərəf üçün müsbət nəticə ilə başa çatmalıdır. İstənilən görüşümüzə məhz belə yanaşmaq lazımdır. Bu gün cəmiyyətlərimizin reaksiyası həyati əhəmiyyət kəsb edir. Mən çox istərdim ki, biz nəticəyə, müsbət nəticəyə malik olaq”, - deyə prezident vurğulayıb.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp bildirib ki, Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edərdi: “Biz Ukraynada müharibəni bitirmək istəyirik”.
Xatirə SADİQ