Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı açıqlanıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bəşər Əsəd rejiminin süqutundan sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb.

Dec 15, 2024 - 10:25
Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı açıqlanıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.

Yerlikaya “Suriyanın azadlığına qovuşmasından öncə” Türkiyədən ölkəsinə qayıdan suriyalıların dekabrın 6-da 310, dekabrın 7-də 176 və dekabrın 8-də isə 240 nəfər olduğunu qeyd edib.

DİN rəhbəri sonrakı günlərdə kəskin artım olduğuna diqqət çəkib. Belə ki, onun sözlərinə görə, dekabrın 9-da 1 259, dekabrın 10-da 1 669, dekabrın 11-də 1 293, dekabrın 12-də 1 553, dekabrın 13-də 1 847 suriyalı vətəninə qayıdıb.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.