Zelenski Trampın kürəkənindən şikayətləndi - "Bizə gələndə vaxtı yoxdur"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və prezident Donald Trumpın kürəkəni Cared Kuşnerdən narazılıq edib.

Apr 15, 2026 - 14:50
Zelenski Trampın kürəkənindən şikayətləndi - "Bizə gələndə vaxtı yoxdur"

SAVASHMEDİA.az “Der Spiegel”ə istinadla xəbər verir ki, o, adıçəkilən Ağ Ev təmsilçilərinin Ukrayna məsələsinə kifayət qədər diqqət ayırmadığını deyib.

Ukrayna prezidenti bu vəziyyətdən narazı qaldığını gizlətməyib və ABŞ tərəfinin diqqətini başqa istiqamətlərə yönəltməsini tənqid edib.

Zelenski bildirib ki, həmin şəxslər daha çox İranla bağlı proseslərə fokuslanırlar.

“Onlar daim İranla əlaqə saxladıqları halda nədənsə Ukraynaya ayırmağa vaxtları yoxdur”, – Volodimir Zelenski qeyd edib.

O həmçinin ABŞ Prezidenti Donald Trumpın münaqişə ilə bağlı mövqeyinə toxunaraq, onun əvvəldən Ukrayna məsələsində neytral xətt tutacağını dediyini xatırladıb.

Oğuz