"Yerləri pulla satmışam? Sübut etsinlər" - Siyavuş Kərimi + VİDEO
Xalq artisti Siyavuş Kərimi Respublika Muğam Müsabiqəsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, “AStar TV”yə müsahibəsində qaliblərə yerlərin pulla satılması barədə deyilənləri əsassız adlandırıb və sərt reaksiya verib.
“Şahların da arxasınca həmişə danışırlar. Qoy danışsınlar, amma cəfəngiyyatdır. Ağızlarına nə gəldi danışırlar. Belə boş söhbətlərə reaksiya vermirəm. Sübut etsinlər”, – deyə Xalq artisti bildirib.
Qeyd edək ki, ötən il keçirilən Respublika Muğam Müsabiqəsi ilə bağlı qaliblərin yerlərinin pulla satıldığına dair iddialar sosial şəbəkələrdə yayılmışdı. Həmin vaxt müğənni Almaxanım Əhmədli də bir verilişdə bu mövzuya toxunaraq iddialar səsləndirmişdi.
Onun sözlərinə görə, bəzi mədəniyyət sahələrində və müsabiqələrdə qərarların şəffaflığı ilə bağlı suallar yaranır.
Xatırladaq ki, Siyavuş Kərimi 2001–2024-cü illərdə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsini icra edib.
Aytən