Mariya Zaxarova Paşinyana lənətlər YAĞDIRDI - "Ona belə də çatdırın..."
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyana və onun komandasına sərt mesaj göndərib.
SAVASHMEDIA.az xəbər verir ki, Zaxarova erməni kilsəsinə qarşı təqiblərdə iştirak edən şəxslərin lənətlənəcəklərini bildirib.
“Erməni kilsəsinə qarşı təqiblərdə iştirak edənlər lənətlənəcəklər. Bunu onlara belə də çatdırın”, - Zaxarova deyib.
O, kilsəyə qarşı mübarizəni “Tanrıya qarşı müharibə” adlandırıb və Ermənistan hakimiyyətinin üzvlərini İncil və digər müqəddəs kitabları oxumağa çağırıb.
Zaxarova “lənət” deyərkən mistik hadisəni nəzərdə tutmadığını, həmin şəxslərin öz vətəndaşları tərəfindən lənətlənəcəyini bildirib.
Aytən