Sosial media bu bığdan danışır -  Maraqlı gündəm + FOTOLAR

Türkiyənin Hüzur partiyasının Karlıova bölgə sədri təyin olunan Orhan Avcı sosial mediada gündəm olub.

Apr 15, 2026 - 13:58
Sosial media bu bığdan danışır -  Maraqlı gündəm + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb O.Avcının çənəsinə çatan bığlarıdır.

Sosial mediada siyasətçinin elə də tanınmayan partiyasından və təyinatından çox bığlarından yazılıb.

İstifadəçilər onun şəklini paylaşaraq “Bığın möhtəşəmdir. “Partiya qur, səs verək” kampaniyası başladılmalıdır”, “Tezliklə bığlarınızı sığortalatdırın”, “Ağzı ilə quş tutub”, “Çox hüzursuz görünür”, “Qardaş, o bığı bələdiyyədən borc almısan?”, “Kişinin bığında sifət çıxıb”, “Bu bığ nəyi təmsil edir?”, “Qardaşın bığına sifət çəkiblər, saçını da qırxıb üst dodağına yapışdırıblar”, “Dayı yeməyi qulaqları ilə yeyir”, “Aşağı tüpürsəm bığ, yuxarı tüpürsəm yenə bığ” kimi şərhlər yazıblar.

Sosial şəbəkələrdə Orhan Avcının gənclik fotosu da yayılıb. Şəkildən Avcının gənclik illərində də qəribə bığ formasına sahib olduğu görünür. İstifadəçilər sözügedən fotonu “Orhan Avcının “jalüz bığlı” olacağı gənclik illərindən bəlli imiş” başlığı ilə paylaşıblar.

Banu