Trampın tənqidinə Vatikandan cavab - Papa SUSMADI
Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi tənqidlərə münasibət bildirib.
Pontifik açıqlamasında bildirib ki, Trampla hər hansı polemikaya girmək niyyətində deyil.
O, əsas mövqeyinin dəyişmədiyini və bundan sonra da sülh çağırışlarını davam etdirəcəyini vurğulayıb.
“Polemikaya ehtiyac görmürəm. Mesajımız eynidir – sülhü təşviq etmək”, - Papa qeyd edib.
Xatırladaq ki, Donald Tramp Roma Papasını ABŞ-nin müharibəyə səbəb olan addımlarını dəstəkləmədiyinə görə tənqid etmişdi.
Oğuz
SAVASHMEDİA.az